İDMAN


AAAF-ın rəhbərliyi beynəlxalq yarışlara yollanan komandaların üzvləri ilə görüşüb

Bakı, 7 avqust, AZƏRTAC

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) rəhbər şəxsləri beynəlxalq yarışlara yollanacaq yığma komandaların üzvləri – idmançılar və məşqçilər, texniki rəsmilər - ilə görüş keçiriblər. Ağır Atletika Akademiyasında baş tutan tədbirdə AAAF-ın İdarə Heyətinin üzvləri iştirak ediblər.

Federasiyadan AZƏRTAC-a bildirilib ki, 9-18 avqust tarixlərində Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında, həmçinin 10-18 avqust tarixlərində Polşanın Raşin şəhərində keçiriləcək yeniyetmələrdən arasında ağır atletika üzrə Avropa birinciliyində çıxış edəcək atletlərə federasiya prezidentinin tapşırıqları çatdırılıb, yarışlarda uğurlar arzulanıb.

Qeyd olunub ki, Azərbaycanda idmana dövlət səviyyəsində böyük diqqət və qayğı nümayiş etdirilir və federasiyamız da bu siyasətin davamı olaraq atletlərimizin şəraitinin daima yaxşılaşdırılması istiqamətində işlər görür, onları diqqət mərkəzində saxlayır və bu prosesi bundan sonra da davam etdirmək niyyətindədir. İdmançılar və məşqçilər də bu görüşə görə təşəkkür edib, bunun komandaların mənəvi ruhunun yüksəldilməsi baxımından böyük rol oynadığını, eyni zamanda, yığma komandalarımızın inkişafı, beynəlxalq arenada uğurlu çıxışlar göstərilməsi üçün bütün lazımi imkanların yaradıldığını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.