SİYASƏT


AAKM-DA “TƏRƏDDÜD" FİLMİNİN SSENARİ MÜƏLLİFİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR

Bakı, 16 iyun (AZƏRTAC). İyunun 15-də Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) “Tərəddüd“ filminin ssenari müəllifi Səbinə Hüseynli ilə görüş keçirilmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, görüşü AAKM-nin icraçı direktoru Samirə Patzer-İsmayılova açaraq, tədbirə qatılan soydaşlarımızı 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik etmiş, qonaqlara bu günün tarixi barədə məlumat vermişdir.

Sonra "Tərəddüd" filmi nümayiş etdirilmişdir.

Qeyd edək ki, bu film Almaniyanın Detmold şəhərində keçirilən VI Beynəlxalq Qısametrajlı Filmlər Festivalında nümayiş etdirilmişdir. Filmin rejissoru Günel Nəcəfzadə, ssenari müəllifi Səbinə Hüseynlidir. Onların hər ikisi Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Beynəlxalq Kino Məktəbinin məzunlarıdır. Filmdə aktyorlar Mələk Abbaszadə və Rasim Cəfərov çəkilmişlər.

AAKM-dakı görüşdə Səbinə Hüseynli filmin kino festivalında nümayişi barədə danışmışdır.

Bu film ABŞ-nın Azərbaycandakı səfirliyi ilə Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbinin birgə layihəsi kimi lentə alınmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.