CƏMİYYƏT


ƏƏSMN: Aprel ayında 11 uşaq övladlığa verilib

Bakı, 14 may, AZƏRTAC

Ötən ay ərzində vətəndaşlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial.az” portalı vasitəsilə övladlığagötürmə ilə bağlı 35 müraciət daxil olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, onlardan 22-si qohumlararası övladlığagötürmə, 4-ü ögey ata/ana tərəfindən övladlığagötürmə, 2-si valideynlərarası qarşılıqlı razılıq əsasında övladlığagötürmə, 7-si isə müəssisədən övladlığagötürmə üzrədir.

Aprel ayı ərzində övladlığa verilən uşaqların sayı isə 11 nəfər təşkil edib. Onlardan 6-sı oğlan, 5-i qızdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.