CƏMİYYƏT


ƏƏSMN: II Respublika Şahmat Turnirində iştirak üçün indiyədək 400 nəfər qeydiyyatdan keçib

Bakı, 13 mart, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə pensiya və sosial müavinət alan şəxslər arasında keçiriləcək II Respublika Şahmat Turnirinə qeydiyyat davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) turnirdə iştirak etmək istəyən yaşı 50-dən yuxarı olan pensiya və sosial müavinət alan benefesiarları şəxsi məlumatlarını DSMF-nin regional filialları və qəbul şöbələrinə müraciət edərək, eləcə də 142 – Çağrı Mərkəzinə zəng edərək təqdim etməklə qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, artıq 400 nəfərdən çox benefisiar qeydiyyatdan keçib və qeydiyyat prosesi aprelin 1-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.