REGİONLAR


AAYDA-nın sədri Qaxda Vətən müharibəsi iştirakçısı olmuş əməkdaşlarla görüşüb

Bakı, 19 avqust, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov avqustun 19-da Qax rayonunda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, müraciət edənləri qəbul etdikdən sonra Qax rayonu “13 №-li Yol İstismarı” MMC-nin Vətən müharibəsi iştirakçısı olmuş əməkdaşları ilə görüşüb.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Saleh Məmmədov əməkdaşların qayğıları və problemləri ilə maraqlanıb.

Qeyd edək ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Qələbəsi ilə nəticələnən Vətən müharibəsində Qax rayonu “13 №-li Yol İstismarı” MMC-nin 3 əməkdaşı iştirak edib.

Çilingər vəzifəsində çalışan Kazım Kazımov “Suqovuşanın azad olunmasına görə”, buldozerçi Şıxəmir Şıxəmirov “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə”, sürücü kimi çalışan Bəxtiyar Ziyadlı isə “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunublar.

Ümumilikdə Vətən müharibəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Aparatı və tabeli qurumlarında çalışan hərbi vəzifəlilərdən 182 nəfər iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.