REGİONLAR


ABAD Məktəbdə milli zərgərlik sənətinə yiyələnən gənclərə sertifikatlar verilib VİDEO

Quba, 24 aprel, Elxan Yusifli, AZƏRTAC

Aprelin 24-də Quba “ASAN həyat” kompleksində fəaliyyət göstərən ABAD Məktəbdə milli zərgərlik üzrə peşə təlimlərini uğurla başa vuran gənclər sertifikatlarla təltif olunublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlimlər peşəkar ABAD-çı zərgərlər tərəfindən təmənnasız keçirilib.

Peşə təlimləri zamanı tələbələr dekorativ-tətbiqi xalq sənətkarlığı üzrə işləyən rəssam və ustadların əl işləri ilə tanış olub, zərgərlik sənətinin tarixini öyrənib, habelə metalın bədii emalında istifadə olunan texnoloji yeniliklər haqqında ətraflı məlumat əldə ediblər.

Tədrisdə zərgərlik sahəsini öyrənən tələbələr yalnız metal deyil, həmçinin digər material və alətlərlə tanış olub, müxtəlif zərgərlik texnikaları üzrə biliklərə də yiyələniblər.

Quba ABAD Məktəbində zərgərlik təlimlərini bitirən şəxslər peşəkar fərdi fəaliyyət üçün sertifikat əldə etməklə yanaşı, ABAD-la müqavilə bağlayaraq hazırladıqları məhsulları ABAD etno-butiklərində satışa çıxarmaq imkanı da əldə edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.