CƏMİYYƏT


“ABAD”çıların sayı 500 oldu

Bakı, 29 noyabr, AZƏRTAC

“ABAD” publik hüquqi şəxsdə 500-cü “ABAD”çı qeydə alınıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, 500-cü “ABAD”çı dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində çalışan Bakı şəhər sakini İbrahimova Nərgiz Rafik qızıdır. O, milli üslubda dəri, yun, tekstil və s. təbii materiallardan noutbuk, planşet, və smartfonlar üçün çantalar, pulqabı və s. gözəl və praktik əl işləri yaradır.

500-cü “ABAD”çı İçərişəhər etno-butikində qurumun direktoru Rüfət Elçiyev tərəfindən təşəkkürnamə və simvolik hədiyyə ilə mükafatlandırılıb.

N.İbrahimovanın məhsulları yaxın müddətdə “ABAD”ın etno-butiklərində təqdim olunacaq.

Butiklərin ünvanları ilə bu linkdən tanış ola bilərsiniz: https://bit.ly/3cLe8ca

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.