DÜNYA
ABAŞİDZE VƏ BURCANADZE BİR-BİRİNİ TAMAMİLƏ BAŞA DÜŞDÜLƏR
Acarıstan lideri və Gürcüstan prezidentinin səlahiyyətlərinin icraçısı Batumidə aparılmış danışıqlarda bir-birini tamamilə başa düşmüşlər. AZƏRTAC-ın müxbiri Batumidən xəbər verir ki, danışıqlar başa çatdıqdan sonra Acarıstan lideri Aslan Abaşidze demişdir: “Biz ümumi baxışlar axtarırdıq və onları tapdıq. Nino Burcanadzenin öz təsəvvürləri vardı. Buna baxmayaraq, xoşdur ki, söhbətimiz qarşılıqlı anlaşma şəraitində keçdi. Düzdür, Moskva ilə Batumi arasında viza rejiminin sadələşdirilməsi ilə əlaqədar fikir ayrılığı da oldu”.
N.Burcanadze bildirmişdir ki, “dialoq baş tutdu və bu, böyük müsbət haldır. Biz Acarıstan lideri ilə danışıqları bundan sonra da davam etdirmək niyyətindəyik”. O qeyd etmişdir ki, Dövlət naziri Zurab Jvaniya Aslan Abaşidze ilə görüşmək üçün yaxın vaxtlarda Batumiyə gəlmək fikrindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [14:32]
“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq
- 25.04.2024 [14:26]
ABŞ dövlət katibi Antoni Blinken Pekinə gəlib
- 25.04.2024 [13:20]
Bolqarıstan parlamenti spikeri istefaya göndərib
- 25.04.2024 [12:48]
Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb
- 25.04.2024 [12:34]
Hindistanın Racastan ştatında PUA qəzası baş verib
- 25.04.2024 [12:22]
Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir
- 25.04.2024 [12:12]
“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb
- 25.04.2024 [11:58]
Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb
- 25.04.2024 [11:42]