İQTİSADİYYAT
ABƏŞ BİBİHEYBƏT QƏSƏBƏSİNİN SOSİAL-İQTİSADİ İNKİŞAFI ÜÇÜN QRANT AYIRMIŞDIR
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində həyata keçirilən İctimai Sərmayə Proqramına əsasən Bibiheybət qəsəbəsinin sosial-iqtisadi inkişafına yardım məqsədi ilə qrant ayırmışdır.
Şirkətdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hazırda “Mərkəzi Azəri” kompressor və suvurma platformasının inşaat işləri də bu ərazidəki ATA (AmekTekfenAzfen) tikinti-quraşdırma sahəsində davam etdirilir. Ayrılan qrant qəsəbə əhalisinin yaşayış şəraitinin yaxşılaşdırılması, elm və təhsilin səviyyəsinin yüksəldilməsi, eyni zamanda, digər layihələrin həyata keçirilməsinə yönəldiləcəkdir.
Qrantın ümumi məbləği 250 min dollardır. 2005-ci ilin sonunadək qəsəbənin ehtiyaclarına 150 min dollar vəsait xərclənəcəkdir.