İQTİSADİYYAT


ABA Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyi ilə birgə layihələrin təşkilini müzakirə edib

ABA Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyi ilə birgə layihələrin təşkilini müzakirə edib

Bakı, 26 may, AZƏRTAC

“Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyi (ABA) ilə Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyi (ƏSTİB) arasında görüş keçirilib.

ABA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə hər iki ictimai birlik arasında birgə layihələrin təşkili, əlilliyi olan şəxslərin özünüməşğulluq proqramlarına cəlb edilməsi və onlara zəruri dəstəyin göstərilməsi məsələləri müzakirə edilib. Eyni zamanda, bu yaxınlarda açılışı olmuş Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyi nəzdində fəaliyyət göstərən Paratrap Atıcılıq İdman növü üzrə klub haqqında məlumat verilib, klubun gələcək fəaliyyətində ABA ilə əməkdaşlıq çərçivəsində müvafiq dəstəyin göstərilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.