ABA Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə meşə fondunun bərpasını müzakirə edib
AzerTAg.az
Bakı, 27 yanvar, AZƏRTAC
Azərbaycan Banklar Assosiasiyası (ABA) və Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəhbərlikləri arasında görüş keçirilib.
ABA-dan AZƏRTAC-a bildirilib ki, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev hazırda gördükləri işlərdən danışıb, ABA prezidenti Zakir Nuriyev assosiasiyanın fəaliyyəti, dövlət qurumları ilə əməkdaşlıq əlaqələri, Azərbaycan Banklar Assosiasiyasının korporativ sosial məsuliyyət layihələrinə önəm verməsi barədə məlumat verib. Tərəflər arasında ölkədə meşə fondunun bərpası, yaşıllıqların salınması ətrafında müzakirələr aparılıb. Müzakirələr zamanı ABA və nazirlik arasında əməkdaşlığın qurulması və sözügedən layihələrdə ABA-ya üzv təşkilatların aktiv iştirakı xüsusi qeyd edilib.

Xəbərin mətnində orfoqrafik səhv var