İQTİSADİYYAT


ABA-nın Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu təminatlı pul bazarını müzakirə edib

Bakı, 2 avqust, AZƏRTAC

Azərbaycan Banklar Assosiasiyasının (ABA) Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupunun növbəti iclası keçirilib.

Assosiasiyadan AZƏRTAC-a bildirilib ki, görüşdə təminatlı pul bazarı və digər mövzular üzrə müzakirələr aparılıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.