İQTİSADİYYAT


ABA-nın prezidenti: Banklar tərəfindən artıq restrukturizasiya proseslərinə başlanılıb

Bakı, 16 may, Pərvanə Rəhimova, AZƏRTAC

Hazırda əhaliyə ödəniləcək kompensasiyaların böyük hissəsi ödənilib. Banklar tərəfindən artıq restrukturizasiya proseslərinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev deyib.

“Bütün banklar istisnasız olaraq ölkə ərazisində öz müştərilərinin mövcud olan problemli kreditlərin 5 il ərzində restrukturizasiyasını həyata keçirməyə başlayıb. Proses uğurla gedir və hesab edirəm ki, nəzərdə tutulan müddətdə başa çatdırılacaq”, -deyə Zakir Nuriyev əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.