MƏDƏNİYYƏT


ABBA-nın yeni albomu Böyük Britaniya hitləri arasında birinci yeri tutub

Bakı, 13 noyabr, AZƏRTAC

İsveçin bir vaxtlar məşhur musiqi qrupu olmuş ABBA-nın 40 ilə yaxın fasilədən sonra ərsəyə gətirdiyi ilk studiya albomu Böyük Britaniya hitləri arasında birinci sırada yer alıb.

AZƏRTAC xarici KİV-lərinə istinadən xəbər verir ki, bu ayın əvvəlində işıq üzü görmüş “ABBA Voyage” albomu ilk 7 gün ərzində 204 min satış əldə edərək ilin ən sürətli satılan albomu olub.

Bu, həmçinin ABBA tərəfindən son 8 ildə buraxılmış ən çox satılan albomdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.