İQTİSADİYYAT


“ABB-Moskva” bankının aktivləri il ərzində 13,6 faiz artıb

“ABB-Moskva” bankının aktivləri il ərzində 13,6 faiz artıb

Bakı, 15 avqust (AZƏRTAC). Cari il iyulun 1-nə olan məlumata görə, Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə qurumu olan “ABB-Moskva”nın aktivlərinin həcmi 34734 milyon rubl təşkil edib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 13,6 faiz çoxdur.

ABB-dən AZƏRTAC-a verilən məlumata görə, bankın məcmu kapitalı 21,3 faiz artaraq 3180 milyon rubla çatıb.

Bu ilin yanvar-iyun ayları ərzində bankın ümumi gəlirləri 652,32 milyon rubl, faiz gəlirləri 486,7 milyon rubl, qeyri-faiz gəlirləri 154,9 milyon rubl təşkil edib. Kredit portfeli isə illik müqayisədə 9 faiz artaraq 25,340 milyon rubla yüksəlib. Fiziki şəxslərə 3,598 milyon rubl (7 faiz artım), hüquqi şəxslərə 21,742 milyon rubl (8 faiz artım) kredit verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.