“ABB-Moskva” ilə Rusiya Sənaye və Ticarət Nazirliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb
AzerTAg.az
Bakı, 20 noyabr, AZƏRTAC
Moskvada “ABB-Moskava” Bankı idarə heyətinin sədri Fuad Abdullayev və Rusiya Federasiyası sənaye və ticarət nazirinin birinci müavini Qleb Nikitinin iştirakı ilə əməkdaşlıq barədə müqavilə imzalanıb.
Azərbaycan Beynəlxalq Bankının (ABB) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müqavilə sənaye subyektlərinin, eləcə də sənaye istehsalı və infrastrukturun yaradılması və inkişaf etdirilməsi ilə bağlı investisiya layihələrinin maliyyələşdirilməsində, kreditləşdirilməsində qarşılıqlı əməkdaşlığı ehtiva edir. Sazişdə yer alan müddəalar, həmçinin Rusiya hökumətinin dövlət proqramları çərçivəsində subsidiyaların məbləğinin artırılmasına və kreditlər üzrə xərclərin azaldılmasına imkan verəcək.
Xəbərin mətnində orfoqrafik səhv var