İQTİSADİYYAT
ABERDİN TİCARƏT MİSSİYASI BAKIDA OLMUŞDUR
Aberdin və Qrampian Ticarət Palatası tərəfindən təşkil olunan beşinci illik ticarət missiyası Azərbaycanda olmuşdur.
Böyük Britaniyanın ölkəmizdəki səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, missiyanın tərkibinə neft–qaz sənayesində mühəndislik, avadanlığın satılması və yükdaşıma xidmətləri ilə məşğul olan şirkətləri təmsil edən 20 iş adamı beş gün ərzində Sənqəçal terminalında görüşlər keçirmişlər.
Aberdin Şimal dənizinin neft yataqlarına yaxın yerləşən ən böyük şəhərdir. Dənizdəki neft yataqlarının istismarı ilə məşğul olan buradakı şirkətləri respublikamızın neft sahəsində olan zəngin təcrübəsindən istifadə edərək, Xəzərin neft-qaz ehtiyatlarını inkişaf etdirmək üçün real tərəfdaş hesab etmək olar.