İQTİSADİYYAT


ABOEMDA “Caspian Power 2018”də öz məhsullarını sərgiləyir

Bakı, 1 iyun, AZƏRTAC

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABOEMDA) Bakı Ekspo Mərkəzində keçirilən Xəzəryanı regionun enerji səmərəliliyi və bərpaolunan enerji sahəsində yeganə ixtisaslaşmış tədbiri olan VIII Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji “Caspian Power 2018” sərgisində iştirak edir.

ABOEMDA-dan AZƏRTAC-a bildirilib ki, sərgidə Dövlət Agentliyi tərəfindən günəş panelləri, hibrid işıqlandırma sistemləri, külək generatorları, 6V/90As yüklü akkumulyatorlar, LED fənərlər, şarj kontroller, ABOEM maqnit generatorları və sairə avadanlıqlar nümayiş olunur. ABOEM maqnit generatoru adlandırılan qurğu neodim maqnitlərinin yaratdığı sabit maqnit sahəsinin təsiri ilə elektrik cərəyanı istehsal edir. ABOEMDA-nın mütəxəssisləri tərəfindən hazırlanmış generatorun rotorunun hərəkətə gətirilməsi su axını və ya küləyin təsiri nəticəsində baş verir. Nəticə etibarilə qurğu ABOEM hesabına elektrik enerjisi istehsal edir. Sabit maqnit generatoru üzərində ilkin sınaq testləri aparılıb və nəticələr bu qurğunun təkmilləşdirilərək, məişətdə istifadə olunması üçün zəmin yaratmışdır. Avtomatlaşdırılmış texnologiyalar vasitəsilə istehsal olunan günəş modullarının üstünlüyü yüksək faydalı iş əmsalına malik olması və son model polikristallik hücrə texnologiyasından istifadəsi ilə seçilməsidir ki, bu da İran, Özbəkistan, Belarus, Türkiyə kimi ölkələrdən gəlmiş nümayəndələrin marağına səbəb olub.

Sərgi alternativ və bərpaolunan enerji sənayesinin aparıcı təmsilçiləri ilə görüşmək, ən son texnoloji avadanlıqlar və yaşıl enerji sahəsinin inkişaf strategiyası ilə bağlı məlumat toplamaq, yeni səmərəli və qarşılıqlı faydalı əlaqələr qurmaq və mövcud əlaqələri genişləndirmək, habelə perspektivli müqavilələr imzalamaq üçün unikal fürsət hesab edilir. Ötən ilki sərgidə Dövlət Agentliyi nümayiş etdirilən eksponatlar üçün “Ən yaxşı korporativ tərtibata görə” Sertifikatı ilə təltif edilib.

VIII Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji sərgisi Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən dəstəklənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.