İDMAN


ABRAMOVİÇ RONALDİNYO ÜÇÜN 66 MİLYON FUNT STERLİNQ TƏKLİF EDİR

AZƏRTAC xəbər verir ki, Britaniyanın “Tribalfootball” nəşrinin yazdığına görə, Rusiyanın ən zəngin adamlarından biri, Çukotkanın qubernatoru, Londonun “Çelsi” klubunun sahibi Roman Abramoviç İspaniyanın “Barselona” komandasının yarımmüdafiəçisi braziliyalı Ronaldinyo üçün futbolun bütün tarixi ərzində rekord məbləğ - 66 milyon funt sterlinq ödəməyə hazırdır.

Hələ bu yaxınlarda Abramoviç 24 yaşlı “ulduz” futbolçunu almaq üçün “Barselona” ilə danışıqlar aparmışdı, lakin bu, bir nəticə verməmişdi. İndi isə Ronaldinyonun “Çelsi”yə keçməsi, deyəsən, reallaşır.

Əlbəttə, “Barselona”nın azarkeşləri onların sevimlisinin klubdan getməsini istəmirlər. Lakin onun burada qalması klubun rəhbərlərinə baha başa gələcəkdir, çünki o, komandada qalsa, əmək haqqı artırılmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.