ABŞERON MƏKTƏBLƏRİNDƏ 20 YANVAR QIRĞININA HƏSR OLUNMUŞ ƏDƏBİ-BƏDİİ KOMPOZİSİYALAR GÖSTƏRİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, Abşeron rayonunun ümumtəhsil məktəblərində qanlı 20 Yanvar qırğınının 17-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilmiş, xalqımızın azadlığı, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi yad edilmişdir.
Çıxış edən natiqlər 20 Yanvar hadisələrindən, imperiya ordusunun xalqımıza qarşı qəddarlığından bəhs etmiş, bu qanlı faciənin heç zaman yaddan çıxmayacağını bildirmişlər.
Təhsil müəssisələrində şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar göstərilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.