DÜNYA


ABŞ 12 rusiyalıya qarşı ittiham irəli sürüb

Bakı, 14 iyul, AZƏRTAC

ABŞ Ədliyyə Nazirliyi xüsusi prokuror Robert Müllerin araşdırması çərçivəsində 12 Rusiya vətəndaşına qarşı ittiham irəli sürüb.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ ədliyyə nazirinin birinci müavini Rod Rozenstayn bildirib.

Məlumata görə, Rusiya xüsusi xidmət orqanlarının 12 əməkdaşı ABŞ-da 2016-cı ildə keçirilən seçkiqabağı kampaniya zamanı haker hücumlarının həyata keçirilməsində şübhəli bilinirlər.

R.Rozenstayn onların Rusiya Baş Kəşfiyyat İdarəsinin əməkdaşları olduğunu bildirib. İddiaya görə, həmin şəxslər seçki komissiyasının saytını sındırıblar.

Qeyd edək ki, iyulun 16-da Helsinkidə ABŞ Prezidenti D.Trampla Rusiya Prezidenti V.Putin arasında tam formatlı görüşün keçirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.