İDMAN
ABŞ 2026-cı il Qış Olimpiya Oyunlarını keçirmək fikrindən imtina edib
Bakı, 9 fevral, AZƏRTAC
ABŞ Olimpiya Komitəsi (USOC) Los-Ancelesdə 2028-ci il Yay Olimpiya Oyunları təşkilatçılarının seçkisi kampaniyasında iştirak etməsi səbəbindən 2026-cı il qış Olimpiadasının ölkədə keçirilməsi üçün müraciət etməyəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Insidethegames” portalı USOC-ın sədri Larri Probsta istinadla xəbər yayıb. L.Probst deyib: “İki Olimpiadanı ardıcıl keçirmək maliyyə baxımından ABŞ üçün çətin olacaq. Bunun əvəzinə biz əvvəlki kimi 2030-cu il Qış Olimpiya Oyunlarının keçirilməsi variantını nəzərdən keçiririk. Beynəlxalq Olimpiya Komitəsi icazə versə, biz iki qış Olimpiadasını ABŞ-da keçirəcəyik”.
Stokholm (İsveç), Sapporo (Yaponiya), Syon (İsveçrə) və Kalqari (Kanada) şəhərləri 2026-cı il qış Olimpiadasını keçirmək hüququ uğrunda yarışmaq niyyətindədirlər. Sifarişlər 2018-ci il martın sonunadək verilməli, 2019-cu ilin yanvarında Beynəlxalq Olimpiya Komitəsinə təqdim edilməlidir. Oyunların keçirilmə yeri 2019-cu ilin yayında müəyyənləşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]