DÜNYA


ABŞ 3 PKK terrorçusunun tapılması üçün 12 milyon dollar mükafat ayırıb

Ankara, 7 noyabr, AZƏRTAC 

ABŞ tərəfi PKK terror təşkilatının rəhbər şəxslərindən sayılan Murat Karayılan, Cemil Bayık və Duran Kalkanın axtarışı üçün pul mükafatı ayırıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, 3 təhlükəli terrorçunun tapılması üçün ümumilikdə 12 milyon ABŞ dolları məbləğində vəsait müəyyən olunub. Mükafat bu terrorçuların yeri barədə dəqiq məlumat verənlərə çatacaq.

Bildirilir ki, Murat Karayılanın yerini bildirilənə 5 milyon, Cemil Bayıka görə 4 milyon və Duran Kalkana isə 3 milyon pul ayrılıb. Əməliyyat axtarış işlərini səmərəli davam etdirmək məqsədilə terrorçulara dair məlumatların ötürülməsi üçün koordinatlar elan olunub. Daxil olacaq məlumat mənbələrinin məxfiliyinin qorunmasına zəmanət verilir.

Diqqətə çatdırılır ki, 1997-ci ildə PKK-nı xarici terror təşkilatı elan edən ABŞ 2001-ci ildə onu beynəlxalq terror təşkilatı kimi tanıyıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.