İDMAN


ABŞ AFİNA OLİMPİADASINDA İDMANÇILARINI ÖZÜ QORUYACAQDIR

AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Pentaqonun rəsmi nümayəndəsi Lourens Di Rita brifinqdə bildirmişdir ki, onun ölkəsi Yunanıstanda keçiriləcək Olimpiya oyunlarında idmançılarını özü qoruyacaqdır.

ABŞ idmançılarının təhlükəyə məruz qalacağı halda, Amerika hərbçilərinin necə davranacağı sualına çavabında Di Rita demişdir: ”Biz maraqlarımızı və vətəndaşlarımızı bütün dünyada həmişə müdafiə edəcəyik”.

Mümkün təhlükələrin qarşısının alınması fəaliyyətini NATO Yunanıstanla əməkdaşlıqda ABŞ-ın köməyi ilə əlaqələndirəcəkdir. Qoşunların qarşılıqlı fəaliyyəti barədə Yunanıstan ilə NATO arasında hələlik heç bir xüsusi razılaşma yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.