ELM VƏ TƏHSİL


ABŞ ALİMİ İLƏ GÖRÜŞ OLMUŞDUR

AZƏRTAC xəbər verir ki, iyunun 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Amerika Birləşmiş Ştatlarının “Fulbrayt” proqramı çərçivəsində ölkəmizdə səfərdə olan Yaxın Şərq, Rusiya və Çin üzrə mütəxəssis, Nopkins kollecinin rektoru, tədqiqatçı- alim, Devid Benedikt ilə görüş keçirilmişdir.

Akademiyanın rektoru Seyfəddin Qəndilov görüşdə çıxış edərək ABŞ Dövlət Departamentinin və həmin ölkənin Azərbaycandakı səfirliyinin bu ali məktəblə əlaqələr qurmaq istiqamətində gördükləri işlərin təqdirəlayiq olduğunu bildirmişdir. Rektor Prezident İlham Əliyevin dövlətlərimiz arasında münasibətlərin daha da inkişaf etməsi istiqamətində apardığı siyasət nəticəsində ABŞ-ın Azərbaycana marağının getdikcə artdığını qeyd etmişdir.

Doktor Devid Benedikt ”ABŞ-ın xarici siyasəti” mövzusunda məruzə etmiş, rəhbəri olduğu Siyasi və Beynəlxalq Proqramlar qurumunun gördüyü işlərdən danışmışdır.

Sonra D.Benedikt iştirakçıları maraqlandıran suallara cavab vermişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.