DÜNYA


ABŞ ALİMLƏRİ XƏRÇƏNG METASTAZININ QARŞISINI ALAN MOLEKUL YARATMIŞLAR

Bakı, 20 aprel (AZƏRTAC). ABŞ alimləri “makroketon” (“macroketone”) adlı molekul yaratmışlar. Molekul şiş hüceyrələrinin yayılmasının və metastazının qarşısını alır. Bu, xərçəng şişləri ilə mübarizədə ən yeni və perspektivli istiqamətdir.

Tədqiqatlar Nyu-Yorkun Ueyll-Kornelli tibb kollecinin və ABŞ-ın Brukheyven milli nüvə laboratoriyasının bazasında doktor Xuan Sinyunun başçılığı ilə aparılmışdır.

İlkin material kimi aktinomitsetam bakteriyaların ifraz etdiyi və şiş hüceyrələrinin miqrasiyasının qarşısını alan miqrastatindən istifadə olunmuşdur. Hələ 2005-ci ildə alimlər makroketonun və onun analoqlarının metastazın qarşısını aldığını sübuta yetirmişdilər. Lakin o zaman bu prosesin necə baş verdiyini müəyyən edə bilməmişdilər. Alimlərin sözlərinə görə, makroketon müəyyən hüceyrə proseslərində aktiv şaxələrin sabitləşməsində iştirak edən zülalı – fastsini neytrallaşdırır. Bu cür şaxələr əmələ gəlməzsə, şiş yayıla bilməz. Beləliklə, yeni molekul şişin əmələ gəlməsinin qarşısını ala bilməsə də, xəstəliyin yayılması ilə mübarizə aparır.

X.Sinyunun fikrincə, kəşfin daha bir üstünlüyü əks təsirin olmamasıdır. Belə ki, metastaz verən şiş hüceyrələrində fastsinin miqdarı çox olduğu halda, adi hüceyrələrdə onun səviyyəsi azdır. Deməli, fastsinin neytrallaşdırılması sağlam hüceyrələrə demək olar ki, təsir etmir.

Tədqiqat haqqında hesabat “Nature” jurnalında dərc edilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.