SİYASƏT
ABŞ ALİMLƏRİ YENİ YALANTUTAN DETEKTOR YARATMIŞLAR
Kəşflər ondan ibarətdir ki, insan düzünü demədikdə, öz həyatından uydurma faktlar danışdıqda və ya olmuş hadisələr barədə yalan ifadələr verdikdə beyin özünün təfəkkür fəaliyyətinə insanın həqiqəti söylədiyi haldakına nisbətən daha çox sinir mərkəzlərini cəlb edir.
Məlum olmuşdur ki, insanın uydurduğu hallar onun əslində başına gələn və yadında qalan hadisələrin söylənilməsinə nisbətən beynin daha intensiv işləməsini tələb edir. İnsan yalan danışarkən həmin prosesə nəzarət edə bilmir. Çünki bu proses sinir hüceyrələri səviyyəsində baş verir.
İndi mütəxəssislər xüsusi kompüter proqramı yaratmışlar. O, şahid şəxs dindirilərkən beynin müxtəlif mərkəzlərinin işini real vaxtda və rəng qammasında göstərir.
İnsan düzünü danışmadıqda, ekranda beynin qırmızı rənglə göstərilən əlavə zonaları görünür və onlar hadisənin uydurulmuş mənzərəsinin canlandırılmasına qoşulurlar.