SİYASƏT
ABŞ AZƏRBAYCANDA DEMOKRATİYANIN İNKİŞAFINI DƏSTƏKLƏYİR
Demokratiya, insan hüquqları haqqında fikirlərini tələbələrlə bölüşən diplomat, ölkəsində demokratiyanın yaranmasından, inkişafından danışmışdır. Demokratiyanı möhkəm özüllü binaya bənzədən səfir, onun xaricdən idxalının, yaxud yuxarıdan diqtə edilməsinin mümkünlüyünü inkar etmişdir: “Demokratiyanın qurulması uzun və çətin bir yoldur”.
Noyabrın 6-da Azərbaycanda keçirilən parlament seçkilərində demokratiya yolunda uğurlar əldə olunduğunu diqqətə çatdıran R.Harniş, ölkəsinin respublikamızda demokratiyanın inkişafına bundan sonra da dəstək verəcəyini bildirmişdir.
ABŞ-Azərbaycan münasibətlərinə toxunan səfir, ölkələrimizin əlaqələrinin yüksək səviyyədə olduğunu demişdir: “Bizim əsgərlərimiz İraqda, Kosovoda və Əfqanıstanda sülhün təminatında çiyin-çiyinə xidmət edirlər”. ABŞ-ın Azərbaycanla bağlı siyasətinin üç prinsipə - təhlükəsizlik, bazar iqtisadiyyatı və demokratiya sahəsində islahatların dəstəklənməsi və enerji sahəsində əməkdaşlığa əsaslandığını vurğulayan diplomat, münasibətlərin daha da inkişafı üçün tərəflərin səy göstərdiyini diqqətə çarpdırmışdır.