DÜNYA


ABŞ Ədliyyə Nazirliyi kriptovalyutalara nəzarəti sərtləşdirib

Vaşinqton, 7 oktyabr, AZƏRTAC

ABŞ Baş prokurorunun müavini Liza Monako ABŞ Ədliyyə Nazirliyinin kriptovalyutalara və kibercinayətlər barədə məlumat verməyən dövlət podratçılarına nəzarətin gücləndirilməsi üzrə iki yeni təşəbbüsünü təqdim edib.

AZƏRTAC xəbər verir ki, Liza Monako bunu Aspen Cyber Summit zamanı bildirib. Onun sözlərinə görə, kriptovalyuta sahəsində hüququn tətbiqi tədbirləri üzrə Milli Qrup işə başlayıb. Qrupun məqsədi Ədliyyə Nazirliyinin kibercinayətkarlığın inkişafına şərait yaradan maliyyə bazarlarına qarşı mübarizə imkanlarını genişləndirməkdən ibarət olacaq. Qrupun tərkibinə çirkli pulların yuyulmasına qarşı mübarizə və kibertəhlükəsizlik üzrə mütəxəssislər daxil olacaq.

O deyib ki, kriptovalyuta birjaları gələcəyin bankları olmaq istəyirlər, lakin bunun üçün hər kəs sui-istifadə hallarının aradan qaldırıldığına əmin olmalıdır.

Amerika şirkətlərinə “şantajçı” proqramlarla hücum edən kibercinayətkarlar adətən pulu kriptovalyutada alırlar. Hakerlər bu ödənişləri almaq və ötürmək üçün çox vaxt fərqli kriptovalyuta xidmətlərinin birləşməsindən istifadə edərək, onları hüquq-mühafizə orqanlarından gizlətməyə kömək edirlər. Liza Monako həmçinin kiberfırıldaqçılığa qarşı mübarizə ilə bağlı təşəbbüsə start verildiyini bildirib. Bu təşəbbüs çərçivəsində, dövlət podratçısı olan və federal vəsaitlər alan, lakin tövsiyə olunan kibertəhlükəsizlik standartlarına riayət etməyən şirkətlərin təqib edilməsi üçün mülki hüququn tətbiqi vasitələrindən istifadə ediləcək.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.