ABŞ, Avstraliya, Yaponiya, Yeni Zelandiya və Britaniya yeni regional mexanizm qurub
AzerTAg.az
Bakı, 25 iyun, AZƏRTAC
Ağ ev Sakit okean regionunda yeni qeyri-rəsmi tərəfdaşlıq mexanizminin işə düşdüyünü bəyan edib.
AZƏRTAC xəbər verir ki, yeni regional mexanizm “Mavi Sakit okeanda tərəfdaşlar” (Partners in the Blue Pacific) adlanır. “Avstraliya, Yaponiya, Yeni Zelandiya, Böyük Britaniya və Birləşmiş Ştatlar Sakit okean regionunda rifah və təhlükəsizliyi təşviq etdiyi üçün biz daha sıx əməkdaşlıq vasitəsilə kollektiv gücümüzdən istifadə etməliyik”, - iştirakçı ölkələrin birgə bəyanatında belə deyilir.
Tərəflər iqlim, kommunikasiya və nəqliyyat, dəniz təhlükəsizliyi və mühafizəsi, səhiyyə, rifah və təhsil kimi sahələrdə əməkdaşlığı dərinləşdirməyi planlaşdırırlar.
Sənəddə, həmçinin yeni mexanizmin “qaydalara əsaslanan azad və açıq beynəlxalq nizama təzyiqin artması” fonunda formalaşdığı qeyd olunur.

Xəbərin mətnində orfoqrafik səhv var