İQTİSADİYYAT
ABŞ BAKI-TBİLİSİ-CEYHAN NEFT KƏMƏRİNİN MÜHAFİZƏSİNDƏ GÜRCÜSTANA KÖMƏK EDƏCƏK
Vaşinqton Gürcüstanda həyata keçirilən “Təlim və təchizat” proqramına maliyyə yardımını 65 milyon dollardan 75 milyon dollaradək artırır. Gürcüstan Beynəlxalq Neft Korporasiyasının prezidenti Georgi Çanturiyanın sözlərinə görə, ABŞ-ın bu addımı atmaqda əsas məqsədi Bakı-Tbilisi-Ceyhan neft kəmərinin mühafizəsi üçün xüsusi bölmə hazırlamaqdır.
AZƏRTAC-a daxil olmuş məlumata görə, Gürcüstan ərazisindən keçən neft kəməri marşrutunun cəmi 2 faizini meşə massivlərindən, qalanını isə yaşayış olmayan və bataqlıq yerlərdən çəkmək nəzərdə tutulmuşdur. Lakin məhz bu rayonlarda təxribat üçün daha böyük təhlükə mövcuddur, buna görə də neft kəmərini mühafizə batalyonu ən yaxşı mütəxəssislərdən təşkil olunacaq və onların maaşı Gürcüstan ölçülərinə görə çox - ayda 200-400 dollar olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:09]
Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar
- 19.04.2024 [19:00]
® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 19.04.2024 [18:42]
“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub
- 19.04.2024 [18:24]
EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib
- 19.04.2024 [16:26]