DÜNYA


ABŞ “Bradley”ləri Ukraynaya göndərib

ABŞ “Bradley”ləri Ukraynaya göndərib

Bakı, 31 yanvar, AZƏRTAC

ABŞ ordusunun Nəqliyyat Komandanlığı Ukraynaya 60 “Bradley” piyada döyüş maşını göndərildiyini açıqlayıb.

AZƏRTAC “interfak.ru”ya istinadla xəbər verir ki, Cənubi Karolina ştatının Şimali Çarlston şəhərindən göndərilən silahlar Ukrayna Silahlı Qüvvələrini müdafiə imkanları ilə təmin edəcək. 2,85 milyard dollarlıq dəyərində olan “Bradley” piyada döyüş maşınlarının göndəriləcəyi yanvarın əvvəlində elan olunmuşdu.

“Bradley”nin üç nəfərlik heyəti var və altıya qədər piyada əsgəri daşıya bilir. ABŞ əsgərləri bu silahdan Fars körfəzi, İraq və Əfqanıstandakı müharibələrdə istifadə ediblər.

Komandanlıq xatırladıb ki, 2022-ci ilin fevralından bu günədək ABŞ-ın Ukraynaya göndərdiyi hərbi yardımının ümumi məbləği 27,1 milyard dollar təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.