İQTİSADİYYAT


ABŞ “Brent” neftinin qiymətinə dair proqnozunu artırıb

Bakı, 10 aprel, AZƏRTAC

ABŞ “Brent” markalı xam neftin qiyməti üzrə proqnozunu artırıb.

AZƏRTAC ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) yaydığı məlumata istinadla xəbər verir ki, bu il “Brent” neftinin bir barrelinin orta qiymətinin 65 dollar olacağı nəzərdə tutulur. Əvvəlki proqnoz 63 dollar/barrel idi.

EIA gələn il isə “Brent”in qiymətinin 62 dollar/barrel təşkil edəcəyini proqnozlaşdırır.

“Qlobal bazarda istehsalın azaldılması üzrə proseslər, Venesuelanın xam neft istehsalı və ixracının aşağı düşməsi, OPEC və qeyri-OPEC ölkələrinin hasilatı azaltması qiymətlə bağlı proqnozun dəyişməsində təsirli olub”, - deyə məlumatda bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.