DÜNYA


ABŞ Çin aviaşirkətlərinin 44 uçuşunu ləğv edib

Pekin, 22 yanvar, AZƏRTAC

ABŞ hökuməti Çinin aviasiya şirkətlərinin Birləşmiş Ştatların müxtəlif şəhərlərindən Çin istiqamətinə nəzərdə tutulan 44 sərnişin təyyarəsi uçuşunun ləğv olunması barədə qərar qəbul edib.

AZƏRTAC Çin mediasına istinadla xəbər verir ki, qərar yanvarın 30-dan martın sonunadək qüvvədə olacaq və “Air China”, “China Southern”, China Eastern” və “Xiamen Airlines” şirkətlərinin uçuşlarına tətbiq ediləcək. Vaşinqton bu qərarın Çinin ABŞ aviaşirkətlərinin uçuşlarına tətbiq etdiyi qadağaya cavab olduğunu bildirib.

Rəsmi Pekin isə Birləşmiş Ştatların bu qərarına etiraz edib və onu çox əsassız hesab etdiyini açıqlayıb. Çinin Vaşinqtondakı səfirliyi ABŞ-ı Çin aviaşirkətlərinin uçuşlarını pozmağı və məhdudlaşdırmağı dayandırmağa çağırıb.

Qeyd edək ki, Çində pandemiya ilə əlaqədar qüvvədə olan qaydalara əsasən, Çinə gələn təyyarələrdəki sərnişinlərdən COVID-19 infeksiyasına yoluxanların sayına uyğun olaraq, həmin aviaşirkətin uçuşlarına bir neçə həftəlik qadağa qoyulur. Bu qaydaya əsasən, Pekin ABŞ-ın “United Airlines”, “American Airlines” və “Delta Air Lines” şirkətlərinin, ümumilikdə 44 uçuşunu ləğv edib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.