DÜNYA


ABŞ-Çin danışıqları fonunda neftin qiyməti üç faiz bahalaşıb

Bakı, 7 yanvar, AZƏRTAC

ABŞ-Çin danışıqlarının doğurduğu nikbinlik fonunda bazar ertəsi günü neftin qiyməti üç faizədək bahalaşıb.

AZƏRTAC “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Bakı vaxtı ilə saat 14:57-yə olan məlumata görə, “Brent” markalı neftin qiyməti 2,77 faiz artaraq 58, 64 dollara, WTİ markalı neftin qiyməti isə 2,81 faiz bahalaşaraq 49,31 dollara çatıb.

Neftin bahalaşması ABŞ və Çinin ticarət münasibətlərinə dair informasiyalara bazarların müsbət reaksiyası ilə izah olunur. Bu gün səhər saatlarında KİV-lər Pekində iki ölkə arasında ticarət üzrə danışıqların başlandığı barədə xəbər yayıblar.

Qiymətə, həmçinin ABŞ-ın buruq statistikası da öz təsirini göstərir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.