DÜNYA


ABŞ Çin investisiyalarını və ÇXR-ə texnologiyalar ixracını məhdudlaşdırmaq istəyir

Bakı, 25 iyun, AZƏRTAC

ABŞ Çin şirkətlərinin Amerikanın texnoloji kompaniyalarına investisiya yatırma imkanlarını və ÇXR-ə texnologiyalar ixracını məhdudlaşdırmaq istəyir ki, bu da Pekinlə ticarət müharibəsinin şiddətlənməsi istiqamətində daha bir addım olacaq.

AZƏRTAC “The Wall Street Journal” nəşrinə istinadla xəbər verir ki, ABŞ Maliyə Nazirliyi 25 faizdən çox hissəsi çinli sahibkarlara məxsus kompaniyaların “mühüm sahə texnologiyalarına” malik Amerika biznesini əldə etməsinə mane olacaq qaydalar hazırlayır.

ABŞ administrasiyasının digər təşəbbüsü isə texnologiyaların Çinə sızmasının qarşısını almaq üçün əlavə məhdudiyyətlərin tətbiqini nəzərdə tutur.

Nəşrin məlumatlına əsasən, Vaşinqtonun milli təhlükəsizlik tədbirləri ilə izah edilən yeni addımları həftənin sonuna qədər elan oluna bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.