DÜNYA


ABŞ Çinin neft şirkətinə sanksiya tətbiq edib

Bakı, 23 iyul, AZƏRTAC

ABŞ-ın Maliyyə Nazirliyi Çinin “Zhuhai Zhenrong Company Limited” neft şirkətinin və şirkətin icraçı direktoru Youmin Linin sanksiya siyahısına daxil edildiyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) məlumat yayıb.

Bildirilir ki, şirkət və rəhbəri “İrandan neft almaqda davam etdiyi üçün” sanksiya siyahısına salınıb. Onlara ABŞ tərəfindən nəzarət edilən xarici valyuta, bank və ya əmlak əməliyyatları qadağan edilib.

Qeyd edək ki, 1994-cü ildə yaradılan “Zhuhai Zhenrong” neft şirkəti İranla güclü əlaqəyə sahib olan və İran xam neftini Çinə idxal edən ən böyük şirkətlərdən biridir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.