DÜNYA


ABŞ Cənubi Koreyadakı qoşunlarının qərargahını Seuldan 70 kilometr uzağa köçürüb

Bakı, 29 iyun, AZƏRTAC

ABŞ Silahlı Qüvvələrinin Cənubi Koreyadakı komanda strukturları iyunun 29-da Seuldan çıxarılaraq paytaxtdan 70 kilometr məsafədə yerləşən yeni mənzil-qərargaha köçürülüb.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Birləşmiş Ştatların Cənubi Koreyadakı hərbi komandanlığının köhnə mənzil-qərargahı 1950-1953-cü illərdə baş vermiş Koreya müharibəsinin sonlarında amerikalı hərbçilərin ölkədə dislokasiya olunduğu vaxtdan bəri 70 il Seulun Rensan rayonunda yerləşirdi.

Amerikanın Koreya yarımadasındakı hərbi kontingentinin yeni mənzil-qərargahı Phentek limanı və ABŞ Hərbi Hava Qüvvələrinin bazası yaxınlığındakı “Camp Humphreys” hərbi obyektində yerləşir. Yeni qərargahın inşasının dövlətə 11 milyard dollara başa gəldiyi bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.