ABŞ-DA DƏHŞƏTLİ YOL QƏZASI: 33 AVTOMOBİL TOQQUŞMUŞ, ŞOSE ALOVLANMIŞDIR
AzerTAg.az
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, ABŞ-ın Vayominq ştatında baş vermiş ağır yol-nəqliyyat qəzası nəticəsində onlarca avtomobil alışıb yanmışdır. Yolda 33 maşın toqquşmuşdur. Hadisə zamanı 1 nəfər ölmüş, 34 nəfər ciddi xəsarət almışdır. Üç nəfərin vəziyyəti isə son dərəcə ağırdır.
Güman olunduğuna görə, hadisə sürücünün qatı dumanlı havada sürüşkən yolda maşını yüksək sürətlə idarə etməsi nəticəsində baş vermişdır.
Qəza yolda hər iki istiqamətə hərəkəti iflic vəziyyətinə salmışdır. Nəticədə 40 kilometr məsafədə tıxac əmələ gəlmişdir.
Yol qəzası Nyu-Yorkdan San-Fransiskoya uzanan 80 nömrəli şosenin yüksək dağlıq hissəsində baş vermişdir. Burada yol dəniz səthindən 2400 metr yüksəklikdən keçir.
Xəbərin mətnində orfoqrafik səhv var