DÜNYA


ABŞ-DA MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİ YARADILMIŞDIR

ABŞ Prezidenti Corc Buş ölkədə Milli Təhlükəsizlik Nazirliyi yaradılması haqqında qanun imzalamışdır. Nazirliyin yaradılması planları 2001-ci il sentyabrın 11-də baş vermiş dəhşətli terror əməllərindən sonra işlənib hazırlanmışdı. Dövlət başçısı qanunun imzalanması münasibətilə keçirilən təntənəli mərasimdə vəd etmişdir ki, yeni qurum “ABŞ hökumətinin bütün imkanlarını Amerika xalqının təhlükəsizliyinin təmin olunması üçün cəmləşdirəcəkdir”. 

İndiyədək Milli Təhlükəsizlik İdarəsinə başçılıq etmiş Tom Ric MTN-in rəhbəri və hökumət üzvü olacaqdır. ABŞ-ın 22 dövlət idarəsi MTN-in nəzarəti altına keçəcəkdir. Yeni yaradılan nazirliyin ştatı 170 min nəfər, büdcəsi isə 40 milyard dollar olacaqdır.

İTAR-TASS-ın verdiyi xəbərə görə, yeni nazirlik təxminən iki il tam fəaliyyətə ərzində başlayacaqdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.