İDMAN


ABŞ-DA POUERLİFTİNQ ÜZRƏ BEYNƏLXALQ YARIŞ KEÇİRİLƏCƏKDİR

AZƏRTAC xəbər verir ki martın 2-3-də ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərində məşhur kinoaktyor, Kaliforniya ştatının qubernatoru Arnold Şvartseneggerin şərəfinə pouerliftinq üzrə ənənəvi beynəlxalq turnir keçiriləcəkdir. Yarışda dünyanın ən güclü idmançıları iştirak edəcəklər.
Turnir başa çatdıqdan sonra Ümumdünya Pouerliftinq Təşkilatının konqresi keçiriləcəkdir.
Tədbirdə Azərbaycan Pouerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev də iştirak edəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.