SİYASƏT


ABŞ-DA PREZİDENT HEYDƏR ƏLİYEVİN XATİRƏSİ ANILACAQDIR

Görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini yad etmək üçün fevralın 1-də Nyu-York şəhərində mərasim keçiriləcəkdir.

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, tədbir Amerika Azərbaycan Cəmiyyəti və Komitənin təşkilatçılığı ilə təşkil olunacaqdır. ABŞ-da fəaliyyət göstərən Azərbaycan, türk və yəhudi diasporasının üzvlərinin iştirak edəcəyi mərasimdə Prezident Heydər Əliyevin xalqımız qarşısında xidmətlərindən danışılacaq, ehsan veriləcək, Azərbaycanın böyük oğlunun ruhuna dualar oxunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.