DÜNYA


ABŞ-DA QRİP EPİDEMİYASI

Azər TAc-ın xarici informasiya agentliklərindən aldığı xəbərdə deyilir ki, ABŞ-ın on ştatında qrip epidemiyası tüğyan edir. Lakin bu xəstəliyə tutulma halları ölkənin, əslində, bütün bölgələrində müşahidə olunur. Son iki həftə ərzində qrip 11 nəfərin həyatına son qoymuşdur. Bunlar, əsas etibarilə, azyaşlı uşaqlardır.

Adətən, qrip mövsümü ABŞ-da oktyabr-may aylarına düşür. Bu il isə Texas, Kolorado, Vaşinqton ştatlarında xəstəliyin ilk təzahürləri artıq sentyabr ayından özünü büruzə vermişdir. Hər il bu xəstəlikqən, orta hesabla, 36 min amerikalı ölür. Lakin həkimlərin qənaətinə görə, bu dəfə göstərici daha yüksək olacaqdır.

Ölkədə kütləvi peyvəndləmə keçirilir. Lakin xəstələrin sayı çox olduğundan bir sıra ştatlarda vaksin ehtiyatı tükənməkdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.