DÜNYA
ABŞ-DA XÖRƏK DUZU İLƏ MÜBARİZƏYƏ BAŞLAYIRLAR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, ABŞ-da xörək duzu ilə mübarizəyə başlamışlar. Tərkibində dünyada ən çox yayılmış maddə - natrium olan bu məhsul Amerika dietoloqlarının “1 nömrəli düşməni”ola bilər. Problem bundadır ki, natriumdan hədsiz istifadə arterial təzyiqin qalxmasına və deməli, ürək-damar xəstəliklərinin artmasına gətirib çıxarır.
ABŞ Tibb Assosiasiyası (ATA) ölkə ərazisində satılan bütün yarımfabrikat və hazır qida məhsullarında xörək duzunun 50 faiz azaldılmasına yönəldilmiş kampaniyaya başlamışdır. Bundan əlavə, ATA bütün qablaşdırmalarda xörək duzunun miqdarının dəqiq göstərilməsinə nail olmaq niyyətindədir.
ABŞ-da 2005-ci ildən qüvvədə olan normativlərə əsasən, gün ərzində 2300 milliqramdan artıq natrium qəbul edilməməlidir. Bu, təxminən bir çay qaşığıdır. Qan təzyiqi yüksək olan adamlara gündə 1500 milliqram duzdan istifadə etmək məsləhət görülür. Orta statistik amerikalı hazırda gün ərzində 4000-6000 milliqramadək natrium qəbul edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]