RƏSMİ XRONİKA
ABŞ DÖVLƏT DEPARTAMENTİ AZƏRBAYCAN XALQINA DƏRİN HÜZNLƏ BAŞSAĞLIĞI VERMİŞDİR
AZƏRTAC-ın müxbiri Vaşinqtondan xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti Azərbaycan Respublikasının ümummilli lideri, Prezident Heydər Əliyevin vəfatı ilə bağlı Azərbaycan xalqına başsağlığı göndərmişdir. ABŞ Prezidentinin mətbuat katibi Riçard Bauçerin bəyanatında deyilir ki, Prezident Heydər Əliyev dekabrın 12-də səhər Ohayo ştatının Klivlend klinikasında vəfat etmişdir. Bununla bağlı Birləşmiş Ştatlar Prezident İlham Əliyevə, onun ailəsinə, Azərbaycan hökumətinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir.