SİYASƏT
ABŞ DÖVLƏT DEPARTAMENTİ: İLHAM ƏLİYEVİN AZƏRBAYCANIN BAŞ NAZİRİ VƏZİFƏSİNƏ TƏYİN EDİLMƏSİ ÖLKƏ KONSTİTUSİYASINA TAM UYĞUNDUR
ABŞ-ın xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Filip Riker jurnalistlər üçün brifinqdə çıxış edərək xatırlatmlşdır ki, Azərbaycan Konstitusiyasının 118-ci maddəsinə uyğun olaraq baş nazir Milli Məclisin razılığı ilə prezident tərəfindən təyin edilir”. Amerika diplomatı vurğulamışdır ki, parlamentin üzvləri öz razılığını məmnuniyyətlə vermişlər.
Riker demişdir ki, ABŞ hökumətiAzərbaycanın baş naziri öz yeni səlahiyyətlərinin icrasına başlayan kimi onunla Amerika-Azərbaycan ikitərəfli əlaqələrinin bütün spektri üzrə qarşılıqlı fəaliyyət göstərmək niyyətindədir. Filip Riker bildirmişdir: “Ümidvarıq ki, biz iqtisadi və demokratik islahatların daha da irəliləməsi, o cümlədən qarşıdakı prezident seçkilərinə əlverişli şərait yaradılması məqsədilə birgə işləyəcəyik”.