DÜNYA


ABŞ Dövlət Departamenti: Baydenin 24 aprel açıqlamasının heç bir hüquqi nəticələri yoxdur

Bakı, 30 aprel, AZƏRTAC

1915-ci il hadisələri ilə əlaqədar ABŞ Prezidenti Co Baydenin "soyqırımı" olaraq xarakterizə etdiyi son açıqlamalarının məqsədi ABŞ-ın məhkəmələri qarşısında Türkiyənin "suveren immuniteti"nə təsir etmək olmayıb.

AZƏRTAC Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ağ Ev rəhbərinin 24 apreldəki bəyanatının qanuni baxımdan hansı məna daşıya biləcəyi ilə bağlı sualını şərh edərkən deyib.

Dövlət Departamentindən bildirilib: “Prezidentin son açıqlaması “Xarici Dövlət Toxunulmazlığı” Qanunu ilə tənzimlənən ABŞ məhkəmələri qarşısında Türkiyənin suveren immunitetinə təsir etmək məqsədi daşımayıb”.

Xatırladaq ki, C.Bayden 1915-ci il Osmanlı hadisələri ilə bağlı çıxışı zamanı "soyqırımı" sözündən istifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.