DÜNYA


ABŞ Dövlət katibi Mərkəzi Amerikanı nizamsız miqrasiyaya qarşı mübarizəyə çağırıb

Vaşinqton, 3 iyun, AZƏRTAC

Vaşinqton qeyri-leqal miqrasiya axınlarının əsas səbəblərini və bu axınların idarə edilməsi strategiyalarını öyrənir. Bununla əlaqədar, Bayden administrasiyası Mərkəzi Amerika ölkələrini korrupsiyaya və yoxsulluğa qarşı mübarizəyə çağırıb.

AZƏRTAC xəbər verir ki, ABŞ Dövlət katibi Entoni Blinken Kosta-Rikada Meksikanın xarici işlər naziri Marselo Ebrard ilə görüşü. Onlar regionda firavanlığa və təhlükəsizliyə kömək edən bir sıra məsələləri müzakirə ediblər.

ABŞ xarici siyasət idarəsinin rəhbəri regionda qeyri-leqal miqrasiyanın əsas səbəblərinin aradan qaldırılması üçün Meksika hökuməti ilə davam edən əməkdaşlığa görə Ebrarda təşəkkürünü bildirib.

Blinken bu həftə Dövlət katibi qismində ilk dəfə Qərb yarımkürəsinə səfər edib. O, San-Xosedə və Kosta-Rikada olub. Yüksəkvəzifəli ABŞ diplomatının bu səfərinin ardınca vitse-prezident Kamala Harrisin Qvatemalaya və Meksikaya səfərləri nəzərdə tutulur.

Prezident Co Bayden Mərkəzi Amerikadan ABŞ-a miqrant axınını dayandırmaq məqsədilə Harrisə Meksikada və “Şimal üçbucağı” ölkələrində - Qvatemala, Honduras və Salvadorda miqrasiyanın əsas səbəblərinin aradan qaldırılması üçün diplomatik səyləri fəallaşdırmaq barədə tapşırıq verib.

Blinken çərşənbə axşamı Mərkəzi Amerika ölkələrinin xarici işlər nazirlərinin regional görüşündə də iştirak edib. Mərkəzi Amerika inteqrasiya sisteminin himayəsi ilə keçirilmiş bu görüşdə miqrasiya problemlərinin həllində, COVID-19 pandemiyasına qarşı mübarizədə, iqtisadi artımın yaxşılaşdırılmasında və demokratiya təsisatlarının möhkəmlənməsində əməkdaşlıq məsələləri müzakirə edilib.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.