DÜNYA


ABŞ Federal Məhkəməsi DV-2020 qrin-kart lotereyasının qaliblərinin ABŞ-a immiqrasiya etmələrinə icazə verib

Vaşinqton, 9 sentyabr, AZƏRTAC

Vaşinqtonun federal hakimi qrin-kart lotereyasının qaliblərinin və əcnəbi işçilərin ABŞ-a gəlməsinə Tramp administrasiyası tərəfindən qoyulmuş qadağanı qismən ləğv edib.

AZƏRTAC ABŞ KİV-lərinə istinadla xəbər verir ki, dairə hakimi Amit Mexta federal hökumətin DV-2020 qrin-kart lotereyasının qaliblərinə və onların qohumlarına 2020-ci il sentyabrın 30-da başa çatan viza müddətinin sonuna qədər onlara viza verilməsini qadağan edən qanunun tətbiq olunmasına müvəqqəti qadağa qoyub.

Hakim Tramp administrasiyasından bu müraciətlərə müəyyən olunmuş müddətdə, yəni ABŞ-da maliyyə ilinin sonuna qədər operativ baxılması üçün səy göstərilməsini tələb edib. Məhkəmənin qətnamələri bu ilin sonuna qədər lotereya qaliblərinin ABŞ-a gəlmələrinə əvvəlki kimi mane olacaq, lakin onlara Dövlət Departamenti tərəfindən vizalar verilməsinə əngəl törətməyəcək. Məhkəmənin fikrincə, Dövlət Departamenti lotereya qaliblərinin viza barədə müraciətlərə baxılmasının dayandırılması üçün hər hansı bəraət təqdim etməyib və onun nümayəndələri bu insanlara viza verilməsi prosesinin nəyə görə dayandırılmasını izah edə bilməyiblər.

İmmiqrasiya haqqında qanuna görə əgər lotereyanın qalibləri həmin lotereyanın keçirildiyi il sentyabrın 30-na qədər viza almasalar, onlar bu hüquqdan tamamilə məhrum ediləcəklər.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.