DÜNYA


ABŞ Federal Mülki Aviasiya İdarəsi “Boeing 777”nin mühərrikinin sıradan çıxmasından sonra yoxlamalar aparılması barədə göstəriş verib

Vaşinqton, 23 fevral, AZƏRTAC

“United Airlines” aviaşirkəti bildirib ki, “Boeing 777” laynerlərindən birinin mühərrikinin sıradan çıxması ilə əlaqədar həmin hava gəmisi qəza enişi etməyə məcbur olandan sonra 24 ədəd “Boeing 777” təyyarəsini müvəqqəti olaraq istismardan çıxarır.

AZƏRTAC xəbər verir ki, Federal Mülki Aviasiya İdarəsi “Boeing 777” təyyarələri ilə bağlı yoxlamaların sayını artıracağını bəyan edəndən təqribən bir saat sonra “United Airlines” aviaşirkəti öz qərarını elan edib. Təyyarələrin bəzilərinin istismardan çıxarılacağı ehtimal edilir.

Xatırladaq ki, şənbə günü Denverdən Havay ştatının Honolulu şəhərinə “United Airlines” aviaşirkətinin 328-ci reysini həyata keçirən “Boeing 777” təyyarəsi havaya qalxandan dərhal sonra onun mühərriki sıradan çıxıb. İçərisində 231 sərnişin və 10 ekipaj üzvü olan təyyarənin bəzi qalıqları yaşayış məhəllələrinə düşüb.

“United Airlines” aviaşirkəti özünün “Twitter” səhifəsində bildirib ki, şənbə günü Denverdən Honoluluya uçan 328-ci reysdə istifadə olunan təyyarə “Pratt & Whitney 4000-112” seriyasından olan mühərriklə təchiz edildiyindən, eynilə bu mühərriklə təchiz olunmuş digər təyyarələr müvəqqəti olaraq istismardan çıxarılıb. Aviaşirkətin nümayəndələri bildiriblər ki, onlar problemin həlli və təhqiqatın başa çatmasından ötrü nizamlayıcı orqanlarla sıx əməkdaşlıq edirlər.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.